- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

Ruslan Qurbanov “Zirə”nin heyətində ilk qolunu vurub. Allsport.az xəbər verir ki, o, premyer liqanın 2-ci turunun “Səbail”lə səfər oyununda fərqlənib.
Penaltini dəqiq yerinə yetirən Qurbanov 2:1 hesablı qələbəyə töhfəsini verib. O, qol hesabını komandadakı 2-ci matçında açıb. Ruslan “Zirə”nin heyətində rəqib qapısına yol tapan 43-cü futbolçudur. Bunadək 42 oyunçu qol vurmağa müvəffəq olub.
Qurbanovun qolu həm də yubiley xarakteri daşıyıb. “Zirə” premyer liqada 70-ci səfər qolunu vurub. Bu, rəqib meydanındakı 72-ci görüşə təsadüf edib.