“Səfərdə qələbə qazanmağımız möhtəşəm idi”

“Turan Tovuz” premyer liqanın 5-ci turunda gözlənilmədən səfərdə “Sabah”a 3:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçimiz Ayxan Abbasov qələbəyə belə şərh verib:

“Səfərdə qələbə qazanmağımız möhtəşəm idi. Keçən oyun hər iki komanda məğlub olmuşdu. Bilirdik ki, “Sabah” iki oyun ardıcıl məğlub olmaq istəməyəcək, ilk dəqiqələrdən aqressiyasını ortaya qoyacaq. Futbolçularım bu gün soyuqqanlı oynadılar, tapşırıqları yerinə yetirdilər.

Bir daha əmin oluruq ki, çempionat gərgin keçəcək. İstirahətə gedirik. Çalışacağıq ki, bundan səmərəli istifadə edək. Bəzi futbolçularımız formasını bərpa etməlidir. Zədəlilərimiz var. Bütün futbolçularıma inanıram. Rəhbərliyə təşəkkürümü bildirirəm.

Məğlub olduqda, çətin anlarımızda arxamızda durdular, dəstək oldular. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Yenə də bizi tək buraxmadılar. Bizi qarşıda çətin oyunlar gözləyir. Hazırlaşacağıq”.

Həmin kateqoriyadan