- Baxış sayı: 11
- 09 Avqust 2026 17:15
- Baxış sayı: 221
- Avqust 05, 2026
- 0

Azərbaycan kubokunun 1/8 final mərhələsində “Xəzər Lənkəran”la keçiriləcək səfər oyununda Şəhriyar Əliyev “Kəpəz”ə kömək edə bilməyəcək. Allsport.az xəbər verir ki, müdafiəçi zədəli olduğundan komandadan kənarda qalıb. Bu səbəbdən Şəhriyar Lənkərana da aparılmayıb.
Gəncədə Topaz Premyer Liqasının 14-cü turunda “İnter”lə görüşdə zədə alan arxa xətt oyunçusu dünən komanda ilə birgə məşq edib. Lakin ağrıları olduğundan vəziyyətin daha da ağırlaşmaması üçün futbolçunun kubok matçında meydana çıxmaması məsləhət görülüb.