“Səhvlərin üzərində çalışacağıq”

“Keşlə” rəqib meydanında “Neftçi” ilə yoxlama oyununda 3:4 yenilib. Allsport.az saytı xəbər verir ki, görüşlə bağlı qonaqların Yunis Hüseynov bunu deyib:

“Yoxlama oyununda hesabın o qədər də böyük əhəmiyyəti yoxdur. Bu gün komandamızın taktiki və fiziki hazırlığına diqqət yetirdik. Səhvlərimizin üzərində çalışacağıq.

Lakin deyə bilərəm ki, komandamızın oyunundan razı qaldım. Yeni oyunçularımız tam olaraq hazır olmasalar da, bu gün yaxşı təsir bağışladılar. İnanıram ki, “Sumqayıt”la oyuna qədər tam olaraq hazır olacağıq”.

Həmin kateqoriyadan