“Şəmkir” “Kəpəz”in əvəzedici komandasına qalib gəldi

“Şəmkir” “Kəpəz”in əvəzedici komandasına qalib gəldi

Qarşıdakı mövsümə hazırlığı Gəncədə davam etdirən “Kəpəz”in əvəzedici heyəti yoxlama oyunları keçirməkdə davam edir. Allsport.az xəbər verir ki, əvəzedicilər bu dəfə I divizonda çıxış edən “Şəmkir” ilə üz-üz gəlib.

Şəmkir Olimpiya İdman Kompleksində keçirilən oyun “qırmızı-ağlar”ın qələbəsi ilə başa çatıb – 3:2.

Oyuna istənilən kimi başlaya bilməyən “Kəpəz”in əvəzediciləri bir-birinin ardınca rəqibin üç qoluna mane ola bilməyiblər. Yalnız fasilədən sonra toplanmağı bacaran “sarı-göylər” əzmkarlıq göstərərək buraxılan qollardan ikisinin əvəzini çıxıb.

Nəzərinə çatdıraq ki, iyulun 21-də tərəflər sınaq matçında Gəncədə qarşılaşmış və həmin oyun 2:2 hesablı heç-heçə ilə nəticələnmişdi.

Həmin kateqoriyadan