- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 72
- İyun 23, 2026
- 0

“Sabah” futbolçusu Marko Deviçin mövsümün sonunda başa çatan müqaviləsini uzatmayacağını açıqlayıb. Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi serb əsilli ukraynalı futbolçuya təşəkkür edib.
Deviç 2018/19 mövsümündə və 2019/20 mövsümünün 2-ci yarısında “Sabah”ın şərəfini qoruyub. Ukrayna millisinin sabiq üzvü “ağ-göylər”də ilk mövsümündə 21 oyunda 8 qol, cari mövsümdə isə 3 oyunda 1 qol vurub.