“Sabah” Qazaxıstan klubuna qarşı

“Sabah”ın Antalyada keçirəcəyi qış təlim-məşq toplanışında qarşılaşacağı üçüncü rəqib də müəyyənləşib.

Allsport.az xəbər verir ki, Jelko Sopiçin rəhbərlik etdiyi kollektiv növbəti yoxlama oyununda “Kaysar”la üz-üzə gələcək. Qazaxıstan təmsilçisi ilə görüş yanvarın 19-da keçiriləcək.

“Sabah” yanvarın 11-də Macarıstanın “Pakş”, 15-də isə Rumıniyanın “Akademika” (Klinçeni) klubuyla qarşılaşacaq.

Həmin kateqoriyadan