“Sabah” şəhid övladlarını ziyarət etdi

“Sabah” klubunun titul sponsoru “Bank Respublika”nın təşəbbüsü, AFFA və “Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin dəstəyiylə “1 iyun Uşaqların beynəlxalq müdafiəsi günü” münasibətiylə Aprel şəhidlərinin övladları ziyarət edilib.

Allsport.az xəbər verir ki, millimizin üzvləri Bəhlul Mustafazadə, Ramil Şeydayev və Ruslan Abışov uşaqlarla görüşərək, onlara “Bank Respublika”, “Sabah” FK və AFFA-dan müxtəlif hədiyyələr təqdim edib, xatirə şəkli çəkdiriblər.

Həmin kateqoriyadan