“Sabah” və Zaqreb “Dinamo”su arasında əməkdaşlıq

Xorvatiyanın paytaxtında Bakının “Sabah” və Zaqrebin “Dinamo” futbol klubları arasında əməkdaşlıq və təcrübə mübadiləsinə dair müqavilə imzalanıb.

Allsport.az saytı xəbər verir ki, “Maksimir” stadionunun Mavi salonunda təşkil olunan toplantıya “Sabah”ın prezidenti Maqsud Adıgözəlov, seleksiya üzrə direktor İlqar İsrafilov və Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov qatılıblar.

Qarşı tərəfdən “Dinamo” klubunun prezidenti Mirko Barişiç, idarə heyətinin sədri Vlatka Peras, idarə heyətinin üzvləri Amra Peternel, “Dinamo” futbol məktəbinin direktoru Damir Krznar və müavini Andelko İvanko iştirak ediblər.



Həmin kateqoriyadan