“Sabah”da daha 5 infeksiya

“Sabah”ın daha 5 futbolçusu koronavirusa yoluxub. Allsport.az saytı xəbər verir ki, bunlar Nikola Vuyadinoviç, Ozan Can Köycü, Slavik Alxasov, Məhəmməd Mirzəbəyov və Kevin Kubembadır.

Öncə Coşqun Diniyev, Yevgeni Koçuk və Xulio Rodriqesdə virus aşkarlanıb. Testlərinin cavabları keçən həftə pozitiv çıxan bu 3 oyunçu yenidən test verəcək.

Kütləvi yoluxma səbəbindən premyer liqanın 12-ci turunda 3 görüş təxirə salınıb. Bu oyunların içərisində dekabrın 5-də nəzərdə tutulan “Sabah” – “Neftçi” də var idi.

Həmin kateqoriyadan