“Sabah”da ilk, Xorvatiyadan 2-ci

Premyer liqanın XIII turu Jelko Sopiçin “Sabah”ın baş məşqçisi kimi debütü ilə əlamətdar olub. Xorvatiyalının “Qarabağ”la qarşılaşmadakı debütü uğursuz alınıb. Bakı klubu 0:1 hesabı ilə uduzub.

Allsport.az xəbər verir ki, Sopiç premyer liqa tarixində 56-cı əcnəbi baş məşqçi olub. Bunadək 55 əcnəbi çalışdırıcı ya baş məşqçi, ya da bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını meydana çıxarıb.

Bu mütəxəssislər arasında oyun sayında rekord Kaxaber Sxadadzeyə məxsusdur – 211 oyun. Roman Qriqorçuk, Roman Pokora və Georgi Çixradzedə bu rəqəm 108-ə bərabərdir.

Sopiç “Sabah”ın tarixində komandanı premyer liqa matçına çıxaran ilk legioner baş məşqçidir. O, Azərbaycan çempionatlarında ikinci xorvatiyalı olub. 2005/06 mövsümündə “Olimpik” klubunu Stepan Çordaş çalışdırııb. Lakin onun Bakı klubu ilə Premyer Liqadakı debütü uğusuz alınıb. İlk üç turda cəmi 1 xal toplayan klub çalışdırıcı ilə yollarını ayırıb.

Həmin kateqoriyadan