“Sabah”da xorvatiyalı baş məşqçi

“Sabah”ın yeni baş məşqçisi bəlli olub.

Allsport.az xəbər verir ki, komandanı bundan sonra xorvatiyalı mütəxəssis Jelko Sopiç çalışdıracaq. 45 yaşlı məşqçi ilə 1,5 illik müqavilə bağlanıb.

31 yaşlı xorvatiyalı mütəxəssis Marko Lozo Sopiçin köməkçisi təyin olunub.

Müvəqqəti olaraq baş məşqçi funksiyasını yerinə yetirən İqor Ponomaryov klubda müşahidə şurasının üzvü kimi fəaliyyətini davam etdirəcək.

Həmin kateqoriyadan