- Baxış sayı: 14
- 07 Avqust 2026 11:58
- Baxış sayı: 190
- Avqust 05, 2026
- 0

“Sabah”ın futbolçusu Anar Panayev karyerasını Rusiyada davam etdirəcək. Allsport.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi 3-cü liqada mübarizə aparan “Legion-Dinamo” klubuna keçib.
Mahaçqala təmsilçisi Azərbaycan və Rusiya vətəndaşlığı daşıyan futbolçu ilə 1 illik müqavilə imzalayıb.
Dağıstandan olan futbolçu “Anji”nin yetirməsidir. Anar 2019-cu ilin yayında “Sabah”a keçib. O, paytaxt klubunun əsas komandasında 1 oyunda meydana çıxıb.