- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

“Sabah” premyer liqada 50-ci qolunu vurub. Allsport.az saytı xəbər verir ki, yubiley 11-ci turun “Keşlə” ilə oyununa (1:1) təsadüf edib. Görüşün 60-cı dəqiqəsində hesabı açan Kevin Kubemba klub tarixinə yubiley qolunun müəllifi kimi düşüb.
“Sabah” 50-ci qolu keçirdiyi 59-cu matçda vurub. Bakılılar evdə 27, səfərdə 23 dəfə fərqlənib. Paytaxt təmsilçisi 2018/19 mövsümündə 20, 2019/20 mövsümündə 19, cari çempionatda 11 dəfə fərqlənib.
“Sabah”ın ilk qolunu Marko Deviç 2018-ci il avqustun 18-də “Keşlə” ilə matçda (1:0) vurub.