- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

Premyer liqanın 2020/21-ci illər mövsümünün I turunda keçirilmiş “Qarabağ” – “Sabah” matçı (2:0) ikincilərin gənc futbolçusu Ceyhun Nuriyev üçün əlamətdar olub. Allsport.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi “Azərsun Arena”da baş tutan qarşılaşmada çempionatda ilk oyununu keçirib.
Baş məşqçi Visente Qomes Ceyhuna start heyətində fürsət verib. Gənc futbolçu qarşılaşmanın 61-ci dəqiqəsində Yevgeni Koçukla əvəzlənib.
Nuriyev “Sabah”ın əsas komandasına klubun U-19 komandasından cəlb olunub.