- Baxış sayı: 34
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 216
- Noyabr 09, 2026
- 0
“Sabah”ın Antalyada keçirəcəyi qış təlim-məşq toplanışında qarşılaşacağı ilk rəqib müəyyənləşib.
Allsport.az xəbər verir ki, qəsəbə klubu toplanış çərçivəsində keçirəcəyi ilk yoxlama oyununda Macarıstanın “Pakş” komandası ilə üz-üzə gələcək. Görüş yanvarın 11-də baş tutacaq.
“Sabah” Türkiyənin Antalya vilayətinin Belek bölgəsində keçirəcəyi təlim-məşq toplanışında 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Digər rəqiblər barədə qarşıdakı günlərdə məlumat veriləcək.