“Sabah”la “Zirə”nin 9-cu qarşıdurması

Bu həftə premyer liqada 9-cu tur keçiriləcək. Allsport.az saytı xəbər verir ki, millinin oyunları ilə bağlı yaranacaq fasilə ərəfəsində “Zirə” Masazırda “Sabah”ın qonağı olacaq.

Bu, 2 komanda arasında 9-cu matç olacaq. İlk dəfə 2018/19 mövsümündə üz-üzə gələn rəqiblər 8 dəfə qarşılaşıblar. Hesabında 2 qələbə olan “Zirə” 2 dəfə bir xalla kifayətlənib və 4 dəfə uduzub. “Sabah”ın qapısından 9 top keçirən zirəlilər 11 qol buraxıblar.

“Sabah” evdə keçirdiyi üç görüşdən birində qalib gəlib, birində heç-heçə edib və birində uduzub. 6 qol vuran “Zirə” 4 top buraxıb.

Görüş noyabrın 6-da 16:00-da başlayacaq.

Həmin kateqoriyadan