“Sağlam məhəllə” layihəsi Gəncədə

Gəncə şəhərində “Sağlam məhəllə” idman zonası istifadəyə verilib.

Allsport.az xəbər verir ki, açılışda gənclər və idman naziri Fərid Qayıbov, idman səfirləri Aynur İmanova, Aliyə Paşayeva da iştirak ediblər.

Burada minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları yerləşdirilib.

Açılış zamanı “Kəpəz” futbol klubunun baş məşqçisi Tərlan Əhmədov və klubun əsas heyətinin futbolçuları, “Gəncə” basketbol klubunun köməkçi məşqçisi Rizvan Səfərov və basketbolçuları uşaqlara ustad dərsi keçib, topla hərəkətləri öyrədiblər.

Həmin kateqoriyadan