“Şah oyun”da “Neftçi”, Bakı derbisində “Rəvan” sevindi

Bu gün Topaz Premyer Liqasında 13-cü turun daha iki görüşü baş tutub. Allsport.az xəbər verir ki, ikinci oyun günü “Böyük oyun”la əlamətdar olub.

“Xəzər Lənkəran” doğma meydanda “Neftçi”ni qəbul edib. Qarşılaşma qonaq komandanın inamlı qələbəsi ilə başa çatıb. Beləcə, “ağ-qaralar” son 13 oyunda ilk dəfə olaraq, əzəli rəqibinə səfərdə qalib gəlib. Bu uğur həm də Samir Əliyevi baş məşqçi postunda əvəzləyən Əsgər Abdullayevin “Neftçi”ni sükanı arxasındakı debüt matçına təsadüf edib.

Çempionatın cari mövsümünün sürpriz komandası olan “Zirə” bu tur səfərdə “Rəvan”ın qonağı olub. Turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan zirəlilər bu görüşün favoriti hesab olunsalar da, matç “aslanlar”ın minimal hesablı qələbəsi ilə başa çatıb. Beləcə, “Rəvan” Bəhmən Həsənovun rəhbərliyi altında cari mövsümdə ardıcıl ikinci qələbəsini qazanarkən, Adil Şükürovun “qartallar”ı da ikinci məğlubiyyətinə üzülüb.

Topaz Premyer Liqası
13-cü tur

22 noyabr

“Xəzər Lənkəran” – “Neftçi” – 0:2 (0:0)
Qollar: E.Abdullayev, 60 (0:1). F.Muradbəyli, 75 (0:2).
Hakimlər: Əliyar Ağayev, Knyaz Əmiraslanov, Rza Məmmədov, Nail Nağıyev.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 3. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 11. Kazım Kazımlı, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 32. Zaman Mirzəzadə, 99. Mahsum Qəmbərli.
Baş məşqçi: Yunis Hüseynov.
“Neftçi”: 1. Aqil Məmmədov (k), 4. Rahil Məmmədov, 5. Xuan Alberto Melli, 6. Aylton Silva, 26. Kamal Qurbanov, 8. Elşən Abdullayev, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 10. Cavid İmamverdiyev, 19. Fəhmin Muradbəyli, 18. Kaue da Silva.
Ehtiyat oyunçular: 24. Mixal Peskoviç, 22. Mirabdulla Abbasov, 95. Elvin Bədəlov, 3. Filyo Jayro Rodriqes, 21. Samir Məsimov, 16. Əziz Quliyev, 14. Məhəmməd Qurbanov.
Baş məşqçi: Əsgər Abdullayev.

“Rəvan” – “Zirə” – 1:0 (1:0)
Qol: T.Qürbətov, 6 (1:0).
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, İsgəndər Əliyev, İnqilab Məmmədov.
Bakı. “Bayıl Arena”.

“Rəvan”: 32. Konstantin Maxnovski, 3. Saşa Yunisoğlu, 21. Novruz Məmmədov, 11. Şeriff Suma, 92. Yamin Ağakərimzadə, 6. Vüqar Bəybalayev, 13. Cəmşid Məhərrəmov, 99. Nicat Muxtarov, 2. Ruslan Tağızadə, 17. Ramazan Abbasov (k), 19. Tural Qürbətov.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 15. Ceyhun Abdullayev, 14. Elvin Əliyev, 7. Elvin Həsənəliyev, 55. Hüseyn Axundov, 4. Kənan Müslümov, 39. Əlibəy Məmmədli.
Baş məşqçi: Bəhmən Həsənov.
“Zirə”: 1. Anar Nəzirov, 39. Sadiq Quliyev, 37. Yovan Krneta, 13. Aleksandr Şemonayev, 77. Ruslan Poladov, 11. Viktor İqbekoyi, 8. Tərzin Cahangirov, 32. Luis Alberto Diez, 10. İqor İvanoviç, 27. Rəşad Abdullayev (k), 9. Nelson Bonilya.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 17. Nicat Qurbanov, 33. Dieqo Souza, 28. Təmkin Xəlilzadə, 66. Eduardo Makiel, 96. Elgün Nəbiyev, 2. Çimezi Mbah.
Baş məşqçi: Adil Şükürov.

Turun digər oyunları: “Sumqayıt” – “Qəbələ” – 2:2, “Qarabağ” – “Kəpəz” – 3:0. 23 noyabr (17:00. “İnter” – AzAL).

Bombardirlər:
6
– Riçard Almeyda (“Qarabağ”)
5 – Ruslan Qurbanov (“Neftçi”), Aleksey Antonov (“Qəbələ”).

Həmin kateqoriyadan