- Baxış sayı: 30
- 22 Sentyabr 2026 18:51
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0

Azərbaycan voleybol federasiyasının (AVF) prezidenti Şahin Bağırov Şəmkir rayonunda səfərdə olub.
Allsport.az xəbər verir ki, AVF prezidenti Tovuz Regional voleybol klubunun Şəmkir rayonundan olan üzvləri ilə görüşüb.
O, Şəmkir rayon Məhəmməd Füzuli adına tam orta məktəb-litseyində baş tutan yeniyetmələrin məşqini izləyib.
Daha sonra idmançılarla söhbət edən federasiya prezidenti onlara yaradılan şəraitlə tanış olub. Ş.Bağırov yeniyetmələrə professional voleybolçu olmaq istiqamətində tövsiyələrini verib.