VİDEO
Şahin Diniyev: “Ən böyük çatışmazlıq futbolumuzda peşəkarların az olmasıdır”

AAAF Park-ın “Məşhurlar AAAF Park”da rubrikasının növbəti qonağı futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi, hazırda AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev olub. Allsport.az xəbər verir ki, o, müsahibə zamanı futbola gəlişindən tutmuş, milli komandada çalışdığı dönəmə qədər olan fəaliyyəti barədə danışıb.

Şahin Diniyev müsahibənin əvvəlində AAAF Park Yaşayış Kompleksi haqqında da söhbət açaraq bu məkana çox heyran qaldığını vurğulayıb:

“Mən AAAF Park-da çox olmuşam. Ailə ilə birgə buraya tez-tez istirahətə gəlmişik. AAAF Park-a gələndə demək olar ki, başqa bir aləmə düşürsən. Həm uşaqlar, həm də böyüklərin rahat istirahət edə biləcəyi ideal məkandır. Hətta onu deyim ki, biz bura gələndə heç getmək belə istəmirik. Yerimiz olsaydı, qalardıq elə burada (gülür). Mən bu sözləri tərif xətrinə demirəm, bu reallıqdır ki, evdə də uşaqlar mənə deyirlər nə vaxt gedəcəyik AAAF Parka. Bakıda çoxlu sayda istirahət mərkəzləri olsa da, ailəmin ən çox bura xoşuna gəlir. Çünki məkanlar genişdir, istirahət etmək imkanları yetərincədir”.

Həmin kateqoriyadan