“Futbolçularıma böyük alqış düşür”

Allsport.z xəbər verir ki, “Səbail”in baş məşqçisi Şahin Diniyev “Konyaspor”la keçirilmiş yoxlama oyunundan sonra həm qarşılaşmanı, həm də komandanın ümumi hazırlıq prosesini dəyərləndirib:

“Bu gün Türkiyə superliqa təmsilçisi “Konyaspor”la yoxlama oyununda qələbə qazandığımız üçün sevincliyəm.

Olduqca çətin rəqibə qarşı mübarizə apardıq. Əslində, bu qədər yorğunluq fonunda komandanın tempi saxlayacağına inanmırdım.

Futbolçularım “Sivasspor”la oyundan 48 saat sonra daha bir sanballı rəqibə qarşı əzmkar, baxımlı futbol nümayiş etdirdi.

Belə klublara qarşı yorğunluq fonunda eyni heyətin əzmkar mübarizəsi və qələbə qazanması komandamın formalaşmasından, əzmkar xarakterinin olmasından xəbər verir.

Böyük rəqiblərə qarşı intizamlı, qorxmadan mübarizə apardığımız üçün bütün futbolçularıma böyük alqış düşür. İstəyim odur ki, futbolçularımda arxayınlaşma olmasın, çempionatda da bu tempi davam etdirək”.

Həmin kateqoriyadan