Şahin Diniyev: İlk hissədə komanda meydanda yox idi

Bu gün “Səbail” premyer liqanın 32-ci turunda səfərdə “Qəbələ”yə 2:4 yenildi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Şahin Diniyev məğlubiyyətə aydınlıq gətirdi:

“İlk 45 dəqiqədə zəif oynadıq. Komanda meydanda yox idi. Fasilədə dəyişiklik etdim. Bunun təsiri oldu. 0:3-dən sonra geridönüş etdik, 2 qol vurduq. Hesabı bərabərləşdirə də bilərik.

17 gündə 3 dəfə “Qəbələ” ilə qarşılaşdıq. Heç cür rəqibi çözə bilmədik. Heyətdə itkilər var. Ehtiyat skamya geniş deyil. Son dönəmdə tam fərqli komanda görürəm, hissələr arasında yerlə göy qədər fərq olur.

Hakimlikdən danışmaq istəmirəm. Artıq yorulmuşam. VAR-a da ehtiyac görmürəm. Çünki nəticəsini öncədən bilirəm”.

Kamran HACI, Qəbələ

Həmin kateqoriyadan