Şahin Diniyev: “Komandam yüksək səviyyədə çıxış etdi”

Allsport.az xəbər verir ki, “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan kubokunun yarımfinalında “Qəbələ”yə məğlub olmaqları barədə fikirlər bildirib.

Əyalət təmsilçisi ilk oyunda 3:2, cavab görüşündə isə 1:0 hesabı ilə qalib gəlib.

Diniyev cavab matçından deyib: “Qəbələ”ni finala çıxması münasibəti ilə təbrik edirəm. Onlara uğurlar arzulayıram. Çox yaxşı oyun keçdi. İlk hissədə dominant oynadıq. “Qəbələ” heç bir qol vəziyyətindən istifadə edə bilmədi. Qol vursaydıq, hər şey tam fərqli olacaqdı. İlk hissədə komandam çox yüksək səviyyədə çıxış etdi. Xarakter göstərdik. İrəli atılırdıq”.

Həmin kateqoriyadan