Şahin Diniyev: Oyundan öncə təzyiqlər vardı

Bu gün premyer liqanın 20-ci turunun açılış oyununda “Səbail” səfərdə “Turan Tovuz”a 1:3 yenildi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Şahin Diniyev bunu dedi:

“Oyun haqqında danışmaq çətindir. İlk hissədə yaxşı təsir bağışladıq, amma 2-ci yarıda zəif çıxış etdik. Ucuz qollar buraxdıq.

Zədəlilərimiz var. Yəni gələn futbolçuların öytəşməsi üçün zaman gərəkdir. Bunlar həll olunandan sonra daha yaxşı “Səbail” görəcəksiz.

Oyundan qabaq komandamıza təzyiqlərin olmasını qəbul edurəm. Bu zaman heç bir qüvvə qarşımızı kəsə bilməyəcək”.

Həmin kateqoriyadan