Şahruddin seriyası qırıldı

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin premyer liqadakı quru seriyası qırılıb. Allsport.az xəbər verir ki, o, 4-cü turun “Sumqayıt”la oyununun (2:2) 52-ci dəqiqəsində qol buraxıb.

Bu qolu Əli Qurbani vurub. Sonuncu dəfə 2019-cu il dekabrın 6-da “Keşlə” ilə qarşılaşmada (2:2) qol buraxan Məhəmmədəliyev 724 dəqiqədən ibarət quru seriyaya imza atıb. Bu müddətdə qolkiper ötən mövsümün 6, cari çempionatın bir görüşündə qapısını toxunulmaz saxlayıb.

Şahruddin 724 dəqiqəlik seriya ilə Azərbaycan çempionatları tarixində 17-ci göstəriciyə nail olub. Bu, “Qarabağ”ın tarixində 3-cü nəticədir. Məhəmmədəliyev Ağdam təmsilçisinin qapıçıları arasında yalnız Camaləddin Əliyev (958) və  Boyan Pavloviçdən (828) geri qalsa da, Əliyevin 700 dəqiqədən ibarət digər seriyasını keçib.

Həmin kateqoriyadan