“Saka özünü yaxşı hiss etmirdi”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta premyer liqanın 27-ci turunda “Şeffild” üzərində qələbədən (6:0) sonra “topçular”ın hücum liderləri Bukayo Saka və Qabriel Martinellinin erkən əvəzlənməsinin səbəbini açıqlayıb.

Allsport.az xəbər verir ki, mütəxəssis hər 2 futbolçunun səhhətində problem olduğunu bildirib:

“Saka özünü yaxşı hiss etmirdi. Bundan əlavə, oyun praktikasına ehtiyacı olan Fabio Vieyraya imkan vermək istəyirdim.

Sonra Martinelli ilə bir az problem yarandı. Ayağında kiçik bir yara var idi. Biz işlərin necə getdiyini görməliyik. Son durumlarla bağlı məlumat yoxdur”.

Həmin kateqoriyadan