Şamaxıda yeni stadionun inşasına start verildi

AFFA ilə Şamaxı rayon icra hakimiyyətinin birgə layihəsi əsasında Şamaxı şəhərində yeni stadionun inşası başlanıb. Allsport.az xəbər verir ki, 2200 nəfər azarkeş tutumuna malik olacaq stadionda müvafiq standartlara cavab verən əsas meydandan başqa iki süni örtüklü meydançanın da inşası layihədə öz əksini tapıb.

Əsas meydanın tribunaları tavanla örtüləcək. Süni örtüklü meydançalarda isə ümumilikdə 300 azarkeş üçün oturacaqlar quraşdırılacaq. Əsas meydanın ətrafında qaçış zolağı olacaq.

Stadionun inşasının maliyyələşdirilməsi UEFA-nın “Hat-Trick” layihəsi və AFFA-nın büdcəsi hesabına həyata keçiriləcək.

İnşaat işlərinin gedişi və digər texniki məsələlər barədə vaxtaşırı məlumat veriləcək.

Həmin kateqoriyadan