Samir Əliyev: “Qərarımın üstündə durmadığıma görə içimdə bir peşmanlıq hissi var”

“Neftçi”nin baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Rəvan”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Adətən, belə məğlubiyyətlərdən sonra nəsə danışmaq çətindir. Fikrimcə, rəqibi yaxşı dəyərləndirə bilmədik, motivasiya aşağı səviyyədə idi. Günahkar mənəm və məsuliyyəti öz üzərimə götürürəm. Müqayisə aparsaq, heyətimiz “Rəvan”dan heç də zəif deyil. “Rəvan” udulası rəqib idi, sadəcə, rəqibi dəyərləndirmədik. Ardıcıl məğlubiyyətlərdən sonra oturub dərindən fikirləşəndə istefa qərarımın üstündə durmadığıma görə içimdə bir peşmanlıq hissi var. Belə oyunla, belə nəticələrlə avrokuboklar bizim üçün xəyal olaraq, qalacaq”.

Həmin kateqoriyadan