Samir Abbasov: “5-ci pillədə yerimizi qoruduq”

Premyer liqasının 28-ci turunda “Zirə” rəqib meydanında “Sabah”a 3:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, matçdan sonra mətbuat konfransında qonaqların baş məşqçisi Samir Abbasov bunu deyib:

“Qələbə münasibəti ilə futbolçuları təbrik edirəm. 5-ci pillədə yerimizi qoruduq. Uduzsaydıq, 7-ci yerə də düşə bilərdik. Bu mövsüm “Zirə” üçün çətin keçdi.

Ölkə kubokunda şansımız var idi, ancaq finala adlamadıq. Çempionatda da istədiyimiz yerdə qərarlaşa bilmədik. Ancaq ötən dəfə dediyim kimi, gələcəyə baxmalıyıq, planlar qurmalıyıq və yaxşı komanda yaratmalıyıq”.

Həmin kateqoriyadan