Samir Abbasov: Futbolçularımız bir az panikaya düşdülər

Topaz premyer liqasının 12-ci turunda “Zirə” paytaxtda “Sumqayıt”a 3:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra ev sahibi komandanın baş məşqçisi Samir Abbasov bunu deyib:

“İlk hissədə rəqibdən gözləmədiyimiz oyunla üzləşdik. Ancaq bu, bizə bəraət qazandırmır. Futbolçularımız bir az panikaya düşdülər, oyunumuzdan qopduq. Ancaq ikinci hissədə qol vurmağı göstərdik. Bir komandada baş məşqçi dəyişikliyi varsa, 90 faiz müsbət olur.

Futbolçularda canlanma yaranır. “Sumqayıt”da da bu olmuşdu və bizə sərf etmirdi. Nəticəsini ilk hissədə gördük. Ancaq bunun altından çıxa bildik. Futboçularıma dedim ki, ilk hissəni yaddan çıxarın, bu haqda daha danışmayacağıq. Bizə dərs olsun, bunun da yükünü daşımağı bacarmalıyıq”.

Həmin kateqoriyadan