Samir Abbasov: Oyundan öncə 1 xala da razı idim

Bu gün “Sumqayıt” premyer liqanın 28-ci turunda səfərdə “Turan Tovuz” üzərində 3:2 əzmkar qələbə qazandı. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Samir Abbasov bunu söylədi:

“Möhkəm komandaya qarşı oynayırdıq. Rəqib evdə daim çətin anlar yaşadır. Deyərdim ki, çempionatın ən yaxşı oyunlarından birini keçirdik.

Matçdan öncə “1 xala razısız” soruşsaydılar, razılaşardım (gülümsəyir). Sevinirəm ki, mübarizədən qopmadıq, sonadək oynadıq. Sona 9 tur qalıb. Hər xal önəmlidir”.

Kamran HACI, Tovuz

Həmin kateqoriyadan