“Qışda güclənərək, oyunumuzu yaxşılaşdımalı və nəticələr qazanmalıyıq”

Topaz premyer liqasının 8-ci turunda “Zirə” rəqib meydanında “Keşlə”yə 0:1 uduzub. Allsport.az saytı xəbər verir ki, oyunundan sonra məğlub komandanın baş məşqçisi Samir Abbasov bunu deyib:

“Oyuna itkilərlə çıxmışdıq. Buna baxmayaraq, yeni futbolçulardan da razı qaldım. Bir qol çox şeyi dəyişə bilərdi. Rəqibin də ilk hissədə bir neçə qol vəziyyəti oldu. Bəlkə də Budaq Nəsirovun yeni mövqedə oynaması buna səbəb olurdu. Yolumuz uzundu. Mayda bizi nələrin gözlədiyini indidən deyə bilmərəm.

Amma qışda güclənərək, oyunumuzu yaxşılaşdımalı və nəticələr qazanmalıyıq. Çox zədəlimiz var. U-21 yığmasında oyunçularımız komandaya gec qatıldılar. Amma meydana çıxan futbolçular işlərinin öhdəsindən gələ bildilər. Əsas odur ki, bu gün çoxlu qol vəziyyətləri yaratdıq. Əvvəlki görüşlərdə heç bunu edə bilmirdik.

Həmin kateqoriyadan