Samir Abbasov: Təzyiq altındayıq

Topaz premyer liqasının 6-cı turunda “Zirə” şərti qonaq qismində paytaxtda “Sumqayıt”a 0:1 uduzub. Allsport.az saytı xəbər verir ki, oyunundan sonra məğlub komandanın baş məşqçisi Samir Abbasov bunu deyib:

“Danışmaq çətindir. Oyunumuz alınmadı, çox pis mübarizə apardıq. Təzyiq altındayıq, məğlub olduqdan sonra vəziyyətimiz daha da pis olur. Bizə bir qələbə lazımdır, ancaq bunu qazanmaq üçün vaxta ehtiyacımız var.

Komandamızın gələcəyi var, rəhbərliyimiz bizə dəstək olur. Bizə yaxın olan adamları, azarkeşləri başa düşürəm. İnşallah, yaxşı vəziyyətə gələcəyik. Bəzi oyunçularımız çətinlik çəkirlər. İndiki vaxtda radikal addım atmaq düzgün deyil. Qışa qədər səbr etməli, sonra fikirləşməliyik”.

Həmin kateqoriyadan