Samir Abbasovla ilk, tarixdə 30-cu: 10-cu dəfə qolsuz 

10-cu turda “Səbail”lə qolsuz qalan “Zirə” 30-cü sülhünü edib. Allsport.az saytı xəbər verir ki, bu, komandanın premyer liqada 102-ci oyununa təsadüf edib. “Qartallar” 2015/16 mövsümündə 11, 2016/17 mövsümündə 9, ötən çempionatda 8 dəfə meydanı 1 xalla tərk etmişdisə, cari turnirdə 2-ci dəfə bərabərliklə kifayətlənib.

Heç-heçələrdən 14-ü evdə, 16-sı səfərdə qeydə alınıb. “Zirə” ilk dəfə baş məşqçisi Samir Abbasovun rəhbərliyi altında heç-heçə edib. Əvvəlki 29 bərabərlikdən 15-i Ayxan Abbasov, 14-ü Adil Şükürovun çalışdırıcılıq dövründə qeydə alınıb.

“Zirə” üç müxtəlif hesablı heç-heçə edib. 16 dəfə 1:1, 4 dəfə 2:2 hesabına imza atan komanda 10-cu dəfə meydanı qolsuz bərabərliklə tərk edib. Əvvəlki qolsuz matçlardan 6-sı 2015/16, 1-i 2016/17, 2-ci 2017/18 mövsümündə gerçəkləşib. 

Həmin kateqoriyadan