Samir Abbasovun cəzası nə oldu?

Samir Abbasovun cəzası nə oldu?

AFFA intizam komitəsinin iclası keçirilib.

Allsport.az xəbər verir ki, toplantıda Azərbaycan premyer liqasının XIII turunda baş verən qayda pozuntularına hüquqi qiymət verilib.

“Neftçi” – “Sumqayıt” oyununda hər iki komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə hərəsi 700 manat cərimələnib.

Həmin matçda qonaqların baş məşqçisi Samir Abasov qeyri-idman hərəkətinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün cəzaları toplanılıb. Bu dəfə 1, həmçinin sentyabrın 19-da təyin edilən 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə meydandan kənarlaşdırıldığına görə həmin tarixdə verilən 2 oyunluq şərti cəza üzərinə əlavə edilməkdə ümumilikdə 3 matç diskvalifikasiya olunub. Buna görə “kimyaçılar” 1000 manat ziyana düşəcək.

Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə isə “ağ-qaralar” əlavə 800 manat ödəyəcək.

Həmin kateqoriyadan