“Seks turu” nəhs gəldi: “Neftçi”nin təzə gələnləri asqırıb qabağa düşmək istədi, amma…

Bu günlər Oğüz elində şadyanalıqdır. 2020-ci ilin payızında şanlı ordumuz 44-günlük 2-ci Vətən müharibəsində Dağlıq Qarabağ və onun ətrafını düşmən işğalından azad edib. 3 ildir dünya Azərbaycanlıları 8 noyabr – Zəfər gününü qeyd edir. Peşəkar futbol liqası həmin ərəfəni “Zəfər turu” elan etmişdi. Bu münasibətlə televiziyalarda tarixi filmlər nümayiş olundu. Onlardan biri də “Dədə Qorqud” idi. Filmdə Bamsı Beyrəyin əsirliyində bir səhnə var – Şöklü Məliyin kənizlərindən biri – Selcan ona vurulur və kam almaq üçün tez-tez zindana yanına gələrək bunu deyir: “İgid, mənə murad ver, murad al məndən”.

Görünür, “Neftçi”nin yeni idarə heyəti filmin bu səhnəsindən çox alovlanıb və növbəti görüşü özünə “seks turu” seçib. Öncə “Sabah”ın və “Qəbələ”nin bostanına daş atan adıgözəllər, yarış cədvəlində tutduğu mövqeni unudaraq, heç nə olmamış kimi, guya 13-cü turda “Sumqayıt”ı o məsələ edəcəklərmiş. Bundan iştahlanıb öz sosial hesablarında tekst video hazırlayıblar (təfsilatı srağagünkü yazıda). Gözünə döndüyüm “kimyagərlər” 1-2 filfilo ilə onu əslində necə edirlər, başa salıb və göstərib ki, idmanda “ədalətli oyun” prinsipi var, futbol – gülüş, zarafat, qeyri-əxlaqi atmaca yox, mübarizə meydanıdır.

Ümumiyyətlə, bu tur çox qaranlıq keçdi. Kimin teksti, kimin mətnindəydi, bilinmirdi. Bəzi oyunlarda qeydə alınan hesablar da söz-söhbətə yol açdı. Hazırda isə, meydanda bir oyunçu var: idman naziri Fərid Qayıbov! AFFA-da zirvəni ələ keçirmək istəyənlər, indi onun əlinə işləyir. Yaxın ətrafının əl-ayağına dolaşmasına rəğmən, oturduğu idarəni təkbaşına abad edir, top oyunlarına dirilik gətirir və belə görünür ki, həmişə ayrıca “respublika” olan futbolun da ona ehtiyacı var. Yəqin, yaxınlarda PFL-in ehtiyacını ödəyər və ondan öyrənərlər.

Y.S. Atalar sözü: Nə tökərsən aşına, o da çıxar qaşığına.
Y.S.Y. Ardı var, tekst bitməyib…

Həmin kateqoriyadan