“Seleksiya məsələlərində işlər istədiyim kimi getmir”

“Təlim-məşq toplanışını son yoxlama görüşü ilə tamamladıq. Ümumilikdə hər şeydən razıyam”. Allsport.az saytı xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”la yoxlama oyunundan (3:3) sonra deyib. 39 yaşlı mütəxəssis transfer planları barədə də danışıb:

“Seleksiya məsələlərində işlər istədiyim kimi getmir. Transfer dönəmində belə hallar olur. Bəzən istədiyin vaxt keçid alınmaya bilər. İstədiyimiz futbolçularla danışıq müsbət yekunlaşsa, yaxın günlərdə komandaya dəvət etməyi fikirləşirik. Həmin futbolçuların maddiyatına da önəm veririk.

Hazırda hücumda 4-5 oyunçumuz var. Çempionatda 15 matçımız olacaq, həmçinin ölkə kubokunda mübarizə aparacağıq. Bu səbəbdən rəqabətə ehtiyacımız var. İlk yarıda heyət kasadlığından çox əziyyət çəkdik”.

Həmin kateqoriyadan