“Şerif”in çalışdırıcısı: “Ümid edirəm ki, Bakıda da yaxşı oynayacağıq”

Çempionlar liqasının II təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Şerif”in baş məşqçisi Zoran Zekiç açıqlama verib. Allsport.az xəbər verir ki, 46 yaşlı xorvatiyalı mütəxəssis I mərhələdə Lüksemburqun “Fola Eş” klubunu mübarizədən kənarlaşdırmaqları və Ağdam təmsilçisinə rəqib olmalarından danışıb:

“Çətin oyun oldu. Komandanı təbrik edirəm. Bu mərhələni keçmək vacib idi. Növbəti mərhələdə uğurlu olmaq üçün müdafiə və hücumda olduqca diqqətli olmalıyıq. Ümid edirəm ki, Bakıda da yaxşı oynayacağıq. “Qarabağ” “Fola Eş”dən güclü və daha təcrübəlidir. İnanıram ki, ötən mövsüm olduğu kimi səfərdə daha yaxşı çıxış edəcəyik. “Fola Eş”lə oyunu təhlil edib, ikinci matça hazırlaşmalıyıq. Qalib bir oyundan sonra müəyyənləşəcək. “Qarabağ”la görüşə çox az qalıb. Bu rəqibə qarşı ciddi oynamalıyıq”.

“Qarabağ” – “Şerif” oyunu avqustun 26-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək. Matçın start fiti 20:00-da səslənəcək.

Həmin kateqoriyadan