Serxio Aquero: “Kriştianu Ronaldu təsadüfi qollar vurur”

Argentina futbolunun unudulmaz hücumçularından olan Serxio Aquero Kriştianu Ronaldunu qəzəbləndirəcək açıqlama verib.

Allsport.az xəbər verir ki, ürək ritmindəki problemə görə futbol həyatına son qoymaq məcburiyyətində qalan Aquero millidəki keçmiş komanda yoldaşı Messinin Ronaldudan daha yaxşı hücumçu olduğunu bildirib.

Keçmiş oyunçu belə deyib: “Ronaldunun son qolunu gördünüzmü? Bu, qapıçının səhvi idi. Məncə, Raul ondan qat-qat yaxşı hücumçu idi. Hesab edirəm ki, Kərim Benzema da Ronaldudan daha yaxşı hücumçudur”. 

Həmin kateqoriyadan