““Sevilya” bu turnirin favoritlərindən biridir”

Bu gün Avropa liqasının qrupunun püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, “Qarabağ” “A” qrupunda “Sevilya” (İspaniya), APOEL (Kipr) və “Düdelanj” (Lüksemburq) klubları ilə mübarizə aparacaq. “Köhlən atlar”ın kapitanı Rəşad Sadıqov püşkü belə dəyərləndirib: 

“Ümumi götürsək, maraqlı qrupa düşdük. Klublara ayrı-ayrı baxsaq, məlumdur ki, “Sevilya” bu turnirin favoritlərindən biridir və 5 dəfə Avropa liqasının qalibi olub. APOEL-lə bu mövsüm qarşılaşdıq, aramızda gərgin mübarizə şəraitində iki oyun keçdi və onlar növbəti mərhələyə yüksəldi.

“Düdelanj”la isə 3 il qabaq oynamışdıq, ilk oyunda qalib gəlmişdik, cavab matçında isə son dəqiqələrə qədər məğlub olurduq və sonda bərabərlik qolunu vurmuşduq. Əlimizdən gələni edəcəyik ki, qrupun sonunda nəticələr bizim üçün yaxşı olsun”.

Həmin kateqoriyadan