- Baxış sayı: 59
- 26 İyun 2026 23:55
- Baxış sayı: 59
- İyun 26, 2026
- 0

Slovakiyanın “Jilina” klubu fəaliyyətini dayandırıb. Allsport.az xəbər verir ki, klub maliyyə böhranı səbəbindən bu addımın atıldığını bəyan edib:
“Klubun strategiyası oyunçuların satışından əldə olunan gəlirlərə söykənirdi. 2020-ci ildə klubun büdcəsi yay transferlərindən əldə olunacaq gəlirlə idarə ediləcəkdi. Bu yay bu gəlirin olması ehtimalı sıfırdır. Ləğv prosesi yaxın gələcəkdə klubun üzərindəki təzyiqi azalda bilər”.
“Jilina” 1908-ci ildə yaranıb və 7 dəfə Slovakiya çempionu olub. Millimizin hücumçusu Ramil Şeydayev 2017-ci ildə Jilina təmsilçisində icarə əsasında çıxış edib.