“Shuttle Time Azerbaijan” dünyanın ən yaxşı badminton layihələri sırasında!

Dünya badminton federasiyası tərəfindən “Shuttle Time Best Practice” adlı məlumat kitabçası hazırlanıb. Kitabçada badmintonun təbliğatını məqsədilə icra olunan “Shuttle Time” proqramı çərçivəsində həyata keçirilən ən yaxşı layihələr haqqında məlumat verilib.

Sevindirici haldır ki, ən yaxşı təcrübələr sırasında Azərbaycan Badminton Federasiyası tərəfindən həyata keçirilən “Shuttle Time Azerbaijan” layihəsi də yer alıb. Sözü gedən kitabça onlayn daxili kommunikasiya sistemi vasitəsilə DBF-in üzvü olan 140 ölkəyə göndərilib, eləcə də proqramın rəsmi səhifəsində yerləşdirilib.

Allsport.az saytı xəbər verir ki, “Shuttle Time Azerbaijan” layihəsi 2020-ci ildən həyata keçirilir və Bakı, Sumqayıt, Qusar, Şamaxı, Sabirabad, Lənkəran, Qax, Gəncə, Tovuz və Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərini əhatə edib. Tədbirdə 1000-dən çox məktəbli və 400-dən çox idman müəllimi iştirak edib. Layihə çərçivəsində məktəblilərə badminton ləvazimatları hədiyyə olunub.

Həmin kateqoriyadan