Şiels ayrıseçkilik edib?

“Mançester Yunayted”in kişi və qadın komandalarının oyunçularının mükafatıandırma mərasimində xoşagəlməz hadisə baş verib.

“Qırmızı şeytanlar”ın qadın komandasının futbolçusu Alessia Russo da fərqlənib. O, mükafatı mövsümün ən yaxşı qoluna görə alıb.

Mükafatı futbolçuya təqdim edən “Mançester Yunayted” fondunun baş direktoru Con Şiels isə zarafat etməyə qərar verib. O, səhnəyə mükafatla çıxdı və dedi: “Mən bunu Alessia verməyəcəyəm, çünki mükafat çox ağırdı”.

Sonra o, mükafatı oyunçuya verərək əlavə edib: “Sən onu saxlaya bilərsən, elə deyilmi?”

Sosial şəbəkələrdəki pərəstişkarların çoxu baş direktoru, cinsi ayrıseçkilik etməkdə günahlandırıb.

Həmin kateqoriyadan