- Baxış sayı: 52
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 228
- Noyabr 09, 2026
- 0

Ölkə çempionatının ilk turu Adrian Mutunun debütü ilə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, rumıniyalı mütəxəssis “Neftçi”ni səfərdə “Kəpəz”lə səfər oyununa çıxarıb. Onun siftəsi uğursuz alınıb. Gəncəlilər 1:0 hesabı ilə qalib gəlib.
Mutu Azərbaycan çempionatları tarixinə 61-ci əcnəbi baş məşqçi kimi düşüb. O, premyer liqada 4-cü rumıniyalı olub. Mirça Rednik, Dorinel Muntyanu və Laurentsiu Regekampf onun həmyerliləri olublar.
Mutu “Neftçi”nin tarixində 6-cı əcnəbi mütəxəssisdir. Ona qədər Anatoli Demyanenko, Hans-Yurgen Gede, Vlastimil Petrjela, Roberto Bordin və Laurentsiu Regekampf “ağ-qaralar”a rəhbərlik edib.