Silven Ripoll: “Azərbaycan yığmasının oyununu bəyəndim”

Fransanın U-21 millisinin baş məşqçisi Silven Ripoll AÇ-2021-in seçmə mərhələsində Sumqayıtda Azərbaycan yığması ilə oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, o, 2:1 hesablı qələbəni şərh edib:

“Çətin oyun oldu. Xüsusən ilk yarıda oyuna nəzarət edə bildik. Hesabı açmaq üçün fasiləyədək çoxlu fürsətimiz oldu. İkinci hissə isə bizim üçün çətin keçdi. Bu da Azərbaycan yığmasının səylərini artırması ilə əlaqədar idi. Fasilədən sonra texniki cəhətdən zəif oynadıq. Xüsusən, topun saxlanılması sarıdan çatışmazlığımız oldu.

Bu gün Azərbaycan yığmasının oyununu bəyəndim. Rəqib daha yaxşı çıxış etdi. Bizim isə ikinci hissədə problemlərimiz oldu. Açığı, Azərbaycan millisinin güclü olacağını gözləyirdim. Amma İsveçrə yığması ilə də müqayisədə daha güclü oyun göstərmişdilər”.

Həmin kateqoriyadan