“Simurq” “Qarabağ”la matça tam hazırdır

“Simurq” sabah Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”ın qonağı olacaq. Allsport.az xəbər verir ki, bu gün paytaxta gələn Zaqatala klubu qarşılaşmanın keçiriləcəyi “İnter Arena”da son məşqinə çıxıb.

Bir saatdan artıq davam edən çalışmalarda bütün futbolçular iştirak edib.

Qeyd edək ki, “Qarabağ” – “Simurq” oyunu saat 18:00-da start götürəcək. Cavab qarşılaşması isə aprelin 21-də Zaqatala şəhər stadionunda keçiriləcək.

Həmin kateqoriyadan