- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 219
- Avqust 05, 2026
- 0

Sivas valisi Saleh Ayxan və digər rəsmilər Avropa liqasının “İ” qrupunun 3-cü turunda bu gün həmşəhərlilərinin rəqibi olan “Qarabağ”ı ziyarət edib. Allsport.az saytı xəbər verir ki, onlar komandamzın qaldığı mehmanxanaya gəliblər. Qonaqları “Qarabağ”ın direktoru Əmrah Çəlikəl, baş meneceri Asif Əsgərov və digər rəsmilər qarşılayıblar.
Onlara xatirə olaraq “köhlən atlar”ın geyimi hədiyyə olunub. Saleh bəy komandamızın baş məşqçisi Qurban Qurbanovla da görüşüb və “Qarabağ”ı Sivasda görməkdən qürur duyduğunu bildirib.
“Yeni Sivas 4 eylül” stadionunda görüş saat 21:55-də start götürəcək.