Sloan “Çelsi”nin futbolçularına görə həbsxanaya düşə bilər 

Allsport.az xəbər verir ki, 21 yaşlı model Orla Sloanın qısa müddətlik Meyson Mountla münasibətləri olub. Bundan sonra Meyson, aralarındakı əlaqəni pozub. Tezliklə Orla, müxtəlif platformalarda fərqli telefon nömrələrindən və sosial media hesablarından istifadə edərək zəng və mesajlarla futbolçuya narahatcılıq verməyə başlayıb. Ümumilikdə model 21 dəfə yeni nömrədən zəng edib.

Hətta Sloan heç vaxt bir yerdə olmasa da, Biliy Gilmourdan hamilə olduğunu iddia edib.

Vestminster məhkəməsində gözəlçə, Mountu incitməkdə günahkar olduğunu, zorakılıq təhdidləri ilə təhqir etdiyini və Gilmoura ciddi narahatlıq və ya sıxıntılar törətdiyini etiraf edib. O, həmçinin “Çelsi” və İngiltərə yığmasının yarımmüdafiəçisi Ben Çilvelini də təqib etdiyinə görə ittiham olunub.

Həmin kateqoriyadan