Son məşq və mətbuat konfranslarının vaxtı

Çempionlar liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Sileks” (Şimali Makedoniya) qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfranslarının vaxtı açıqlanıb. Allsport.az.az xəbər verir ki, bu gün saat 14:00-da Tofiq Bəhramov adına respublika stadionunda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək.

Saat 18:30-da Ağdam təmsilçisi “Azersun Arena”da oyun öncəsi son məşqə çıxacaq.

Saat 19:30-da respublika stadionunda “Sileks”in baş məşqçisi Qoran Simovun mətbuat konfransı keçiriləcək. Saat 20:00-da rəqib komanda matçın keçiriləcəyi stadionda son məşqə çıxacaq.

Qeyd 1: Mətbuat konfransında iştirak edəcək media mənsublarından tibbi maskadan istifadə etmələri və qeyd olunmuş yerlərdə oturmaları xahiş olunur.

Qeyd 2: Mətbuat konfranslarına yalnız akkreditasiya müraciətində mətbuat konfansında iştirak etmək istədiyini qeyd edənlər buraxılacaq.

Qeyd 3: Təsdiq cavabı almış media mənsubları sabah 13:00-14:00 arası akkreditasiyalarını Respublika stadionundan əldə edə bilərlər.

Həmin kateqoriyadan